Maradonaya qəzet satmağı məsləhət gördülər
09.09.2009 - 16:35
Argentina yığmasının baş məşqçisi Dieqo Maradonaya kuryoz təklif edilib. Apasport.az saytının məlumatına görə, “Barselona” klubunda çıxış edən yarımmüdafiəçi Seydu Keyta ona vəzifəsindən getməyi və qəzet satışı ilə məşğul olmağı məsləhət görüb.
Mali milli komandasının üzvü olan futbolçunun fikrincə, Maradona Argentina yığmasını çalışdırmaq bacarığında deyil. Çünki Dieqonun özü meydana çıxa bilməz. Keyta bunu Argentinanın 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya ilə son ev oyunundakı məğlubiyyətdən (1:3) sonra deyib. İndi 4-cü yerdə gedən argentinalıların dünya çempionatının final mərhələsinə çıxmaq şansı elə də böyük deyil. Keyta isə “Barselona”da bir yerdə oynadığı argentinalı futbolçu Lionel Messini dünya çempionatında görmək istəyir.
Qeyd edək ki, Keyta “Barselona”nın heyətində 5 titul – ölkə çempionu, kuboku, Superkuboku, Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0