Rövnəq Abdullayev sabah İstanbulda Əziz Yıldırımla görüşəcək
09.09.2009 - 16:51
AFFA ilə Türkiyənin “Fənərbaxça” klubu arasında əməkdaşlıq haqqında olan müqavilənin müddəti artırılacaq. Apasport.az saytının məlumatına görə, anlaşmanın uzadılması ilə bağlı protokol sabah İstanbulda imzalanacaq.
Türk mətbuatının yazdığına görə, AFFA prezidenti Rövnəq Abdullayevlə “Fənərbaxça” klubunun başçısı Əziz Yıldırımin görüşü saat 16:00-a nəzərdə tutulub. “Faruk İlqaz” təsislərində baş tutacaq tədbirə “Fənərbaxça”nın baş məşqçisi Kristof Daum və idman direktoru Aykut Kocaman da qatılacaq.
Qeyd edək ki, AFFA-nın futbol akademiyasının 15 yaşlılardan ibarət komandası hazırda “Fənərbaxça”nın bazasında hazırlıq keçir.

0
0