Hannoverdə azərbaycansayağı plan
09.09.2009 - 17:21
Hannoverdə yaşayan soydaşlarımız bu gün dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində “AWD Arena” stadionunda keçiriləcək Almaniya - Azərbaycan oyununa getmək üçün plan cızıblar. Apasport.az saytının Hannoverə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, milli komandamızı dəstəkləmək istəyən azərbaycanlılar şəhərin mərkəzinə toplaşacaqlar. Bayraqlarla “silahlandıqdan” sonra, oyunun startına 1 saat 45 dəqiqə qalmış onlar stadiona yürüş edəcəklər. Bundan başqa, Berlin və Hamburqda yaşayan həmvətənlərimiz də bu gün stadionda milli komandamızı dəstəkləyəcəklər. Onlar birbaşa stadiona təşrif buyuracaqlar. Bütün bunları Hannoverdə fəaliyyət göstərən “Xəzər” Almaniya - Azərbaycan Dostluq Cəmiyyəti təşkil edib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0