“Karvan” Andre Ladaqanın qarşısına şərt qoydu
09.09.2009 - 17:42
Azərbaycan yığmasının sabiq futbolçusu Andre Ladaqa Yevlaxın “Karvan” klubundan ayrılıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə, Ladaqa bir müddət məşqlərində iştirak etməyəcək.
“O, hələ ki bizimlə məşq etmir. Çünki ayağında problem var və bu səbəbdən Bakıda müalicə alır. Müalicə alması vacib olduğundan Bakıya getmək üçün icazə vermişəm” – deyə Hüseynov bildirib.
“Karvan” təxminən 1 il futbolsuz qalan Ladaqanı ölkəmizə qaytarsa da, II turda “Olimpik-Şüvəlan”la Yevlaxdakı məğlubiyyətdən sonra (2:3) ona heyətdən çıxarmışdı. Ancaq Hüseynov sonradan fərqli addım atdı: “Ladaqanı bağışladığım üçün komandada qalıb. Ancaq bu, o demək deyil ki, Andrenin mövsümün sonuna qədər qalacağı dəqiqləşib. Ona dekabra kimi vaxt vermişik. Həmin dövrə kimi özünü doğrultmalıdır ki, komandada qalsın. Mən Ladaqada heç nədən şübhələnməmişəm. Ona sırf zəif oyununa görə cəzanı vermişdim. Həmin vaxt onu komandadan uzaqlaşdırmaq istədim. Sonradan Ladaqanın özü də, onun komanda yoldaşları da bizə müraciət etdi və onu bağışlayaraq, şans verdik”.

0
0