Arşavin Azərbaycanla oyundan narahatdır
09.09.2009 - 18:13
Rusiya milli komandasının hücumçusu Andrey Arşavin 2010-cu il dünya çempionatının seçmə mərhələsində qrup qalibi olmaq şanslarının Azərbaycan yığması ilə görüşdə itirəcəklərindən narahatdır. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu bildirib ki, Uelslə bu gün səfər oyununda xal itkisinə məruz qalacaqları halda, bu, böyük uğursuzluq kimi qəbul ediləcək.
Ruslar cari seçmə mərhələdə son görüşünü oktyabrın 14-də Bakıda keçirsələr də, Arşavin buna qədər şanslarının itməsinə toxunub: “Uels yığması ilə oyunda heç-heçə tam məyusluq olacaq. Belə olan halda, Rusiya - Almaniya görüşü bütün əhəmiyyətini itirəcək. Hətta “Lujniki” stadionunda qələbə qazansaq, ən yaxşı halda almanlara çatacağıq. Ancaq əsas topların fərqidir. İndi bu, bizdə pisdir. Nəzərə alsaq ki, son görüşü Azərbaycanda keçirəcəyik, Almaniya isə evdə oynayacaq, rəqibi keçməyimiz praktiki qeyri-mümkün olacaq”.

0
0