Milli komandamız öz meydanında uduzdu
09.09.2009 - 20:14
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması (U-21) Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün Belarusla qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda milli komandamız məğlubiyyətlə üzləşib - 2:3.
Hesabı 27-ci dəqiqədə Araz Abdullayev açıb. Lakin Bernard Lippertin yetirmələri tezliklə təşəbbüsü əldən veriblər. Fasiləyədək yığmamız öz qapısından 2 qol buraxıb. İkinci hissənin əvvəlində hesab 1:3 olub. Milli komandamızdan Tural Nərimanov 71-ci dəqiqədə fərqlənsə də, bu qol təsəlli xarakteri daşıyıb. Hazırda 10-cu qrupda 0 xalla sonuncu, 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, U-21 4 gün öncə səfərdə Albaniyaya da uduzmuşdu (0:1).

0
0