“Qurban Qurbanov mənə şans vermədi” - MÜSAHİBƏ
10.09.2009 - 00:02
İntizamlı oyunu ilə seçilən və vaxtilə sol cinahda əvəzedilməz futbolçulardan olan Azər Məmmədov növbəti mövsümdən “Qəbələ”nin uğurları üçün tər tökəcək. Son bir neçə mövsümü “Qarabağ”da keçirən təcrübəli müdafiəçi demək olar ki, karyerası ərzində iddialı klubların şərəfini qoruyub. Sonuncu çempionatın ikinci dövrəsini ehtiyatda keçirən Məmmədov “Qarabağ”dan ayrılmağının əsas səbəblərindən birinin məhz bu olduğunu deyir. Əsas heyətdə daim daha güclünün oynamasının tərəfdarı olan 33 yaşı müdafiəçi “Futbol dünyası” qəzetinə verdiyi müsahibədə bildirib ki, ehtiyatda qalmayacağına ümid edir.
- “Qarabağ”dan ayrılmağının səbəbi nə idi?
- Müqaviləm başa çatdı. Mən də “Qəbələ” ilə anlaşdım.
- Sirr deyilsə, yeni komanda ilə neçə illik müqavilə imzalamısan?
- 1 illik.
- “Qarabağ”ın istər rəhbərlik, istərsə də məşqçi heyəti ilə heç bir problem yaşamadın ki?
- Xeyr. Mənim rəhbərlik və məşqçi heyəti ilə nə problemim ola bilər?
- Son vaxtlar zədə ucbatından meydana çıxa bilmirdin. İndi vəziyyətin necədir?
- Mən sonuncu mövsümün birinci dövrəsində əksər oyunlarda forma geyindim. Ancaq ikinci dövrədə məşqçimiz Qurban Qurbanov mənə şans vermədi. Ötən mövsüm zədə ucbatından cəmi 3-4 görüşdə oynaya bilməmişdim. Qalan oyunlarda məşqçi oynatmadığına görə ehtiyatda qalırdım.
- Niyə oynatmırdı, hazır deyildin, yoxsa...?
- Vallah nə deyim. Pis formada deyildim. Ola bilsin ki, məşqçinin oyun sisteminə uyğun gəlmirdim. Ona görə də mənə şans vermirdi.
- “Qarabağ”dan ayrılmağına səbəb kimi əsas heyətə düşə bilməməyini demək olarmı?
- Ola bilər. Haradasa 50-nin 50-dir.
- Son vaxtlar meydana çıxmamağın oyun təcrübəsi baxımından sənə problem yaratmaz ki?
- Bu, ancaq fiziki cəhətdən problem yarada bilər. Çünki cavan deyiləm ki, deyim əziyyət çəkəcəyəm. Artıq 33 yaşım var. Kifayət qədər təcrübəm var. Misal üçün cavan futbolçu 100 metr qaça bilər, amma az xeyir verər. Ancaq mən 40 metr qaça bilərəm, daha çox faydalı olaram. Dediyim kimi, bircə fiziki cəhətdən əziyyət çəkə bilərəm. Onu da məşqlərdən əlavə öz üzərimdə çalışaraq aradan qaldırıram.
- Yeni komandada ab-hava necədir?
- Hər şey qaydasındadır. 3-4 ilin komandasıdır. Yaxşı heyət qurmuşuq. Artıq komandaya tam uyğunlaşmışam. Rəhbərlik də futbolçular üçün hər bir şərait yaradıb. Bizim də işimiz çıxıb meydanda mübarizə aparmaqdır.
- Baş məşqçi Ramiz Məmmədov səni ehtiyatda saxlaya bilər. Buna hazırsanmı?
- Futbolçu hər bir şeyə hazır olmalıdır. Əgər məndən zəif futbolçu oynayarsa, bu, mənə pis təsir edər. Yox əgər məndən güclüdürsə, əsas heyətdə oynamalıdır. Ehtiyatda qalmaq kimi bir problemim yoxdur. Çünki futbolçu hər zaman hazır formada olmalıdır ki, baş məşqçi də onu oynatsın. Hazırda yeni komandamda sonuncu müdafiəçi kimi çıxış edirəm. Məncə, oyunum pis alınmır.
- Biz səni həmişə müdafiənin solunda oynayarkən görmüşük. Yeni mövqeyində özünü necə hiss edirsən? Ümumiyyətlə, sənin üçün hansı mövqedə oynamaq daha asandır?
- Futbolçu hər mövqedə oynamağı bacarmalıdır. Ramiz müəllim məni sonuncu müdafiəçi kimi oynadır. Mən “Qarabağ”da çıxış edərkən Böyükağa Ağayev bir-iki oyunda mənə müdafiənin sağında oynamağı tapşırmışdı. Mənim üçün fərqi yoxdur. Məşqçi harada oynamağı tapşırsa, çıxıb oynayıram. Ancaq uzun illərdir müdafiənin solunda oynadığım üçün hesab edirəm ki, öz mövqeyimdə oynamağım daha yaxşı olar.
- Artıq Premyer Liqanın iki turu arxada qalıb. “Qəbələ”nin çempionatdakı şanslarını necə qiymətləndirirsən?
- Çempionata pis başlamamışıq. İlk oyundan qəbələ ilə ayrıldıq. Yuxarıda da qeyd etdiyim kimi, baş məşqçimiz Ramiz Məmmədov yaxşı heyət qurub. Bu ilki çempionat əvvəlkilərdən daha maraqlı və gərgin keçəcək. Premyer Liqada kifayət qədər güclü komonadalar var. Təbii ki, əsas məqsədimiz ilk altılığa düşməkdir. Karyerama nəzər yetirsəniz görərsiniz ki, indiyədək aparıcı klubların şərəfini qorumuşam. Düzdür, özümü tərifləyib demirəm ki, as olmuşam. Ancaq hesab edirəm ki, Azərbaycan səviyyəsi üçün pis futbolçu olmamışam. Əgər “Qəbələ”nin məqsədi olmasa idi, bu komandaya keçməzdim. Danışıqlar aparanda iddialı olduğunu öyrəndim. Ona görə də tərəddüd etmədən təkliflərini qəbul etdim.
- Artıq bu ildən doğma şəhərinin komandası “Gəncə” birinci divizonda mübarizə aparır. Sevindirici haldır ki, onlar çempionata qələbə ilə başlayıblar. “Qəbələ” ilə müqavilən başa çatan vaxt “Gəncə” Premyer Liqaya vəsiqə qazanarsa və səni heyətində görmək istərsə təklifi qəbul edərsənmi?
- Əvvəlcə onu deyim ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin futbolsuz qalması ölkə futbolunun ən yaralı yeri idi. Çünki Gəncədə həmişə istedadlı futbolçular yetişib. Mənə elə gəlir ki, hamı Premyer Liqada Gəncənin təmsilçisinin olmamasına təəssüflənir. Ancaq şükürlər olsun ki, bu istiqamətdə ciddi işlər görülür. Artıq komanda yaradılıb və birinci divizionda mübarizə aparır. Çempionata da qələbə ilə start verib. Mən özüm “Qəbələ”yə keçməzdən əvvəl “Gəncə”nin heyətində məşq edirdim. Premyer Liqanın 1-2 komandasından təkliflər var idi. Ancaq elə komandalar idi ki, onlardansa “Gəncə”də pulsuz oynamaq daha yaxşı idi. Düzdür, ötən mövsüm “Qəbələ” çempionatı turnir cədvəlinin yuxarı pillələrində tamamlamadı. Ancaq iddialı olduğu üçün təklifini qəbul etdim. Hətta bir ara karyeramı başa vurmaq haqda belə fikirləşdim. Əgər “Qəbələ”yə keçməsəydim, “Gəncə”də qalacaqdım. Əlbəttə “Gəncə” mənim doğma şəhərimin komandasıdır. Onun əvvəlki nüfuzunu geri qaytarmaq üçün əlimizdən nə gəlirsə etməliyik. Əgər növbəti mövsüm bu klub Premyer Liqaya vəsiqə qazanarsa və məni də transfer etmək istəyərlərsə, məmnuniyyətlə təklifi qəbul edərəm. Ancaq gələn il artıq 34 yaşım olacaq. Zənn etmirəm ki, o vaxt məni heyətlərində görmək istəsinlər.

0
0