Berti Foqts: Məni turnir cədvəli yox, başqa şey maraqlandırır
10.09.2009 - 01:05
“İlk növbədə almanları təbrik edirəm. Qırmızı vərəqəyə qədər öz işimizin öhdəsindən gəldik. Bu günkü oyuna görə, komandamla fəxr edirəm. Oyndan qabaq Klozeni gördüm. Dedim ki, çox şadam ki oynamırsan. Təəssüf ki, fasilədə Löv səhv edib onu meydana buraxdı. Bu bir daha göstərdi ki, Löv mənə hörmət eləmir”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyaya məğlubiyyətdən sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Həmyerlilərinin 100 faiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağını bildirən almaniyalı çalışdırıcı üzləşdiyi problemlərdən danışıb: “Bildiyiniz kimi, Rail Məlikov, Rəşad Sadıqov zədə səbəbindən bu gün oynamırdılar. Hücumda topu itirdikdən sonra mudafiəyə qayıtmaqda problemlə üzləşirdik. Bununla belə, yenə də komandamdan razı qaldığımı söyləmək istəyirəm. Yetirmələrim Rusiya ilə oyunu səbirsizliklə gözləyirlər”.
Foqts bildirib ki, onu turnir cədvəlindəki vəziyyət maraqlandırmır: “Məni maraqlandıran odur ki, komandam belə oyun göstərsin. Turnir cədvəlində Lixtenşteynin bizdən qabaqda və ya arxada olması məni maraqlandırmır. Çox istərdim ki, Azərbaycan 4-5 ildən sonra Avropa səviyyəli oyun göstərsin”.

0
0