Yoahim Löv: Azərbaycan futbolçuları inamlı təsir bağışladılar
10.09.2009 - 01:25
“İlk 20 dəqiqədə yaxşı oynadıq və erkən qol vurduq. Bundan sonra isə fasiləyə çıxanadək futbolçularımızın oyunundan razı qalmadım”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.
Azərbaycan yığması üzərində qazanılan böyük hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında Löv bildirib ki, fasilədə yetirmələrinə irad tutub: “Nəticədə də yaxşı oynayıb 4:0 hesablı qələbə qazandıq. Azərbaycan çox yaxşı komandadır. Çox inamlı təsir bağışladılar. Heç nədən çəkinməyib irəli atılırdılar”.
Löv ad çəkməsə də, komandamızın heyətində yaxşı futbolçuların olduğunu söyləyib: “Konkret ad çəkmək istəmirəm. Əgər Azərbaycan bu oyunu Rusiyaya qarşı da sərgiləsə, qrup qalibi olacağıq. Bununla belə, biz özümüz də ruslara qalib gələcəyik”.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0