“Hesabı açdıqdan sonra orta xətdə boşluqlar yarandı”
10.09.2009 - 10:07
“Hesabı açdıqdan sonra orta xətdə boşluqlar yarandı”
“Belarus yığması ilə matçda məğlubiyyətə layiq olmadığımızı deyə bilərəm. Xüsusilə, ilk 30 dəqiqədə komandamız yaxşı çıxış etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lippert deyib.

Avropa çempionatının seçmə mərhələsinin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyununda Belarusa 2:3 hesabı ilə uduzduqdan sonra keçirilən mətbuat konfransında almaniyalı mütəxəssis hesabın oyuna görə olmadığını bildirib.

O, 8 ildir qələbə qazanmayan yığmanın ruhdan düşməməyini önə çəkib: “Hesabı açdıqdan sonra orta xətdə boşluqlar yarandı. Dayaq yarımmüdafiəçilərimiz üzərlərinə düşən vəzifənin öhdəsindən yaxşı gəlmədilər. Amma bir müsbət məqamı da vurğulamalıyam ki, 1:3 hesabı ilə geridə olduğumuz zaman futbolçularımız ruhdan düşmədilər. Təəssüf ki, səylərimiz hesabı bərabərləşdirmək üçün yetərli olmadı”.
0