Georgi Kondratyev: Azərbaycan yığmasının oyunundan çox xoşum gəldi
10.09.2009 - 10:11
“İlk növbədə onu deyim ki, təxminən 20 illik fasilədən sonra yenidən Bakıya gəldiyim üçün çox şadam. Eyni zamanda, Azərbaycan milli komandası üzərində qələbə qazandığımıza görə də çox sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarusun 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Georgi Kondratyev deyib.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Belarus oyunundan sonra təşkil olunan mətbuat konfransına qatılan mütəxəssis yetirmələrinin əzmkar qələbəsindən məmnun qaldığını bildirib. Kondratyev komandasının 3:2 hesabı ilə qələbə qazandığı matçda ilk qolu meydan sahiblərinin vurmasının xeyirlərinə olduğunu düşünür: “Oyunun ilk 30 dəqiqəsini çox pis keçirdik. Qol buraxdıqdan sonra özümüzə gəldik və hadisələrin axarını istədiyimiz məcraya yönəldə bildik. Əlbəttə, oyunu tam təhlil etməmiş çox şey deyə bilmərəm. Bu, gəlişigözəl sözlər deyil – həqiqətən də Azərbaycan yığmasının oyunundan çox xoşum gəldi. Hesab edirəm ki, bu komanda istənilən rəqibə başağrı yaradacaq. Necə ki biz bugünkü oyunda həddindən artıq çətinlik çəkdik”.

0
0