“Neftçi” və “Olimpik-Şüvəlan”ın futbolçusu cəzalandı
10.09.2009 - 10:25
Dünya çempionatının sentyabrın 9-da baş tutan oyunlarında Azərbaycan Premyer Liqasında çıxış edən legionerlər də iştirak edib. Apasport.az saytının məlumatına görə, klublarımızın şərəfini qoruyan 7 futbolçu yığmada növbəti matçını keçirib.
Daha çox “futbolçumuz” Moldova - Yunanıstan görüşündə meydana çıxıb. “Olimpik-Şüvəlan”ın müdafiəçisi Sergey Laşenkov, “Bakı”nın futbolçusu Aleksey Savinov və “Xəzər-Lənkəran”ın hücumçusu Denis Kalinkovun start heyətində meydana çıxdığı qarşılaşma 1:1 hesabı ilə nəticələnib. Alekseyin 79 dəqiqə mübarizə apardığı görüşdə komandanı meydana kapitan sarğısı ilə Sergey çıxarıb. “Olimpik-Şüvəlan”ın oyunçusu matçın gedişində sarı vərəqə ilə də cəzalanıb. Moldovalılara bir xal gətirən qolu isə “Neftçi”nin baxışa çağırıb bəyənmədiyi Valeri Andronik vurub. O, 90-cı dəqiqədə fərqlənib.
Latviya yığmasına ezam olunan “İnter”li futbolçular da heç-heçəyə sevinib. Andrey Rubinin 90, Girts Karlsonun 85 dəqiqə oynadığı matçda onların komandası 2:2 hesablı heç-heçəyə imza atıb. “Neftçi”nin Estoniya yığmasındakı təmsilçiləri Dmitri Kruqlov və Taavi Rahn Avropa çempionlarını məğlubiyyəti “həzm edib”. Merida şəhərində İspaniya millisinə 0:3 hesabı ilə uduzan estoniyalıların hər ikisi matçı əvəzlənmədən keçirib. Taavi isə sarı vərəqə ilə cəzalandırılıb.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0