Ballak: Azərbaycana ilk qolu vurandan sonra biz sadəcə, qaçırdıq
10.09.2009 - 10:38
Ballak: Azərbaycana ilk qolu vurandan sonra biz sadəcə, qaçırdıq
“Azərbaycan yığması ilə ilk görüşdən sonra oyunun ritmini itirdik. Bunun da bir neçə səbəbi var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya yığmasının kapitanı Mihael Ballak deyib.

Milli komandamızla 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Hannoverdə keçirilən rəsmi oyunda (4:0) penalti zərbəsi ilə hesabı açan 33 yaşlı yarımmüdafiəçi maraqlı fikir bildirib: “Azərbaycana ilk qolu vurandan sonra biz sadəcə, qaçırdıq. Bununla belə, istədiyimizə çatdıq. İndi bizi cari seçmə mərhələdə ən çətin oyun gözləyir. Rusiya yığması ilə görüşə yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, Rusiya – Almaniya oyunu oktyabrın 10-da Moskvada keçiriləcək.
0