Rauf Əliyev: Hələlik Berti Foqtsun işinin nəticəsi görünmür
10.09.2009 - 10:44
AFFA-nın I vitse-prezidenti Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Almaniya ilə görüş barədə fikirlərinizi bilmək istərdik.
- Futbolçularımız birinci hissədə pis oynamadılar. Matçın 0:4 hesabı ilə başa çatmasında milli komandamızın oyunçusunun meydandan qovulması öz təsirini göstərdi. Ümumiyyətlə, futbolçular məsuliyyət hiss etməlidirlər. Hamı başa düşür ki, Almaniya dünyanın ən güclü kollektivlərindən biridir. Bu komandaya qarşı məsuliyyətli oynamaq lazımdır.
- Belə çıxır ki, milli komandada məsuliyyətsiz oyunçu var?
- Bəziləri məsuliyyət hissini anlamırlar. Bu hissləri dərk etmək hər bir futbolçunun özündən asılıdır. Yığmamızın üzvlərinə təlim-məşq toplanışı keçirilir, onlara bütün şərait yaradılıb. Təbii ki, milli komandamıza çətindir, heyət cavanlardan təşkil olunub. Ancaq belə qarşılaşmalara məsuliyyətlə yanaşmaq vacibdir.
- Bəlkə futbolçularımıza həddən artıq yaxşı şərait yaradıldığı üçün onların arasında məsuliyyətsizlər var?
- Azərbaycanda nəinki futbolun, eyni zamanda bütün idman növlərinin inkişafı üçün şərait qururuq. Demirik ki, futbol yığmamız bu gün gedib birinci yeri tutsun, dünya çempionu olsun. Əlbəttə, bu, real deyil. İstəyimiz odur ki, milli komandamız normal oyun göstərsin, futbolçular öz üzərlərində çalışsınlar. Futbol onların işidir, bundan başqa sənətləri yoxdur. Bütün həyatlarını buna sərf etməlidirlər.
- Bəlkə Berti Foqts işinin öhdəsindən gələ bilmir? Ondan narazılığınız yoxdur?
- Foqtsla bağlı əvvəlki müsahibələrimdə də bildirmişəm ki, o, təcrübəli, işini bilən insandır. Ancaq bu seçmə mərhələdə hələlik onun işinin nəticəsi görünmür. İstər Foqts olsun, istər digər əcnəbi məşqçi, istərsə də yerli mütəxəssis, ilk növbədə oyunçular öz üzərlərində çalışmalıdırlar. Əks təqdirdə, yığmamızdan heç bir nailiyyət gözləmək olmaz.
- Artıq Lixtenşteyn daha 1 xal toplayaraq, 5-ci pilləyə yüksəlib, yığmamız isə 6-cı yerə enib. Qrup mərhələsinin yekun cədvəlini necə görürsünüz? Milli komandamız axırıncı pillə ilə kifayətlənəcək, yoxsa heç olmasa, Lixtenşteyni qabaqlaya biləcəyik?
- Təbii ki, qələbə üçün ən böyük şansımız Lixtenşteynlə matçda olacaq. Onları udmaq lazımdır ki, son sırada qalmayaq. Hesab edirəm ki, qrup mərhələsində axırıncı yeri tutmaq yaxşı hal deyil.

0
0