“Günahın 95 faizi məndədir, azarkeşlərdən üzr istəyirəm”
10.09.2009 - 11:37
Azərbaycan milli komandasının kapitanı Samir Abbasov Almaniya ilə qarşılaşmadan sonra apasport.az saytının Hannoverə ezam olunmuş xüsusi müxbirinə müsahibə verib.
- Bayaqdan fikir verirəm. Yığmanın üzvləri deyib-gülür, bir-biri ilə zarafatlaşır, siz isə bir kənara çəkilib, düşüncülərə dalmısınız...
- Almaniya ilə qarşılaşmalarda mənimki heç gətirmədi. Bakıda da, burda da səhvlər buraxdım.
- İkinci oyunda nəticə başqa cür ola bilərdi?
- Əlbəttə. Penalti cəhənnəmə, qırmızı vərəqə olmasaydı, 0:4 hesabı ilə uduzmayacaqdıq. Meydandan qovulduğum epizodda bilmirəm necə oldu ki, ikiyə bir çıxdılar. Deyəsən, bizimkilər yarımmüdafiədə topu itirmişdilər.
- Hakim sizi meydandan qovmaqda haqlı idi?
- Həmin epizodda hakimin səhvi olmadı. Amma ümumi götürəndə o, oyunumuzu “sındırırdı”. Mənə penalti epizodunda birinci sarı vərəqəni niyə göstərdiyini heç kim başa düşmədi. Hakimə deyirəm ki, rəqib futbolçuya korpus qoymuşam, qaydalardan kənara çıxmamışam, o da mənə sarı vərəqə verir. FİFA-nın nümayəndəsi bildirdi ki, ikinci xəbərdarlıq barədə nəsə söyləməyə çətinlik çəkirəm, amma birinci epizodda nə sarı vərəqə var idi, nə də 11 metrlik cərimə zərbəsi. Gərək dəqiqləşdirmək üçün videoyazıya baxasan. Rəqibə cərimə meydançasında həqiqətən də toxunmuşdum, yəni korpus qoymuşdum.
- Belə dilxor vəziyyətdən nəyin sayəsində çıxırsınız?
- Məndə bu əhval-ruhiyyə ta Lixtenşteynlə görüşədək davam edəcək. Düşünürəm ki, azarkeşlər hamısı mənə baxır, ürəklərində məni söyürlər. Ona görə də gedəcəyəm evə və heç yerə çıxmayacağam: yalnız məşqə və evə. Özümə qapanacağam. Bilirsiniz, yaxşı oynayırdıq, bir-birimizə sərbəst ötürmələr edirdik. İki qol vəziyyətimiz də oldu. Ancaq gəl ki, axırda bu cür alındı.
- Adətən peşəkar futbolçular ağır məğlubiyyətdən sonra azarkeşlərin heysiyyatına toxunduqlarından, onlardan üzr istəyirlər. Sizin belə fikriniz yoxdur?
- Sözün açığı, oyundan çıxan kimi, üzr istəmək fikrim var idi. Lakin bunun üçün mənə imkan yaranmadı, yəni televiziya əməkdaşları və ya digər jurnalistlər məndən müsahibə götürmədilər. 0:4 hesablı məğlubiyyətdə günahın 95 faizi məndədir. Təkcə üzr istəməklə, alınmayacaq e...
- Hər halda, yəqin ki, üzr istəmək üçün indi özünüzdə güc hiss edirsiniz?
- Çox üzr istəyirəm azarkeşlərdən. Başa düşən başa düşür. Bunlar bağışlanmayan səhvlərdir...
- Gələn ay yığmamızın keçirəcəyi növbəti matçdan - Lixtenşteynlə oyundan nə gözləyirsiniz?
- Hökmən udmaq lazımdır. Sözdə yox, meydanda qalib gəlmək vacibdir. Yoxsa sözlə de ki, ay elədir-belədir, bununla iş düzəlməz.

0
0