Kloze: Azərbaycana ikisini vurdum, növbədə kimdir?
10.09.2009 - 11:50
Almaniya milli komandasının futbolçusu Miroslav Kloze əfsanəvi oyunçular Yurgen Klinsmann və Rudi Föllerə çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ilə dünya çempionatının seçmə mərhələ oyununda qapımıza 2 qol vuran 31 yaşlı hücumçu millidəki qollarının ümumi sayını 47-yə çatdırıb.
Bu isə Klozenin Bundestimin tarixinə ikinci bombardir kimi düşməsinə yetərli olub. Miroslav özü kimi 47 top vuran Klinsmann və Föllerlə ikinciliyi bölüşüb. Bu 2 əfsanəni arxada qoymaq üçün növbəti oyunları gözləyən hücumçu indi yalnız Herd Müllerdən geri qalır. Alman futbolunun qol maşını vaxtilə yığmada 68 qol vurub. Penaltidən hesabı açan Mixael Ballak isə bombardirlər siyahısındakı 7-ci mövqeyini daha da möhkəmlədib.

yer | futbolçu | qol | oyun | Orta |
1 | Herd Müller | 68 | 62 | 1,09 |
2-4 | Rudi Föller | 47 | 90 | 0,52 |
| Miroslav Kloze | 47 | 91 | 0,52 |
| Yurgen Klinsmann | 47 | 108 | 0,43 |
5 | Karl-Hayns Rummenigge | 45 | 95 | 0,47 |
6 | Uve Zeeler | 43 | 72 | 0,60 |
7 | Mixael Ballak | 42 | 95 | 0,44 |
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0