Yığmamızda uğursuz eksperiment: Yunisoğlu niyə öz yerində deyil?
10.09.2009 - 12:01
“Fikrimcə, dayaq yarımmüdafiəçisi mövqeyi Saşa Yunisoğlunun yeri deyildi. Ona Məsut Özilə qarşı fərdi oynamağı tapşırmışdılar. Məncə, bu, heç də yaxşı alınmadı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı Samir Abbasov deyib.
Abbasov almanlarla matçda komanda yoldaşı Saşa Yunisoğlunun çıxış etdiyi mövqeyindən narahat olub. Belə ki, 24 yaşlı Saşa karyerasında ilk dəfə dayaq yarımmüdafiəçisi kimi milli komandamızda oynayıb. Adətən müdafiənin mərkəzində çıxış edən Yunisoğlu ən pis halda cinahlarda yer alıb. Ancaq yığmamızda eksperimentləri davam etdirən Foqts onu hələ Finlandiya yığması ilə Lənkərandakı rəsmi oyunda dayaq yarımmüdafiəçisi, Samiri isə müdafiənin mərkəzində oynadıb. Bunun özünü doğrultmamağı həmin görüşün hələ ilk hissəsində yerdəyişmələrə, yəni Yunisoğlunun mərkəzə, Abbasovun isə onun mövqeyinə çəkilməsi ilə nəticələndi.
Əslində, əvvəlki görüşlərdə belə taktikaya üstünlük verən Foqts Saşa ilə bağlı uğursuz eksperimentdən nəticə çıxartmayıb, Almaniya yığması ilə rəsmi oyunda da bunu davam etdirdi. Bunun pis fəsad verməsi Abbasova da təsir edib və baş məşqçisinə məsləhət verib: “Saşa yaradıcı futbol oynaya bilmədiyini özü də etiraf edir. Yaxşı olardı ki, o, mərkəz müdafiəçisi, mən isə həmişəki kimi, dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirəydim”.

0
0