Daha bir baş məşqçi istefası
10.09.2009 - 12:07
Dünya çempionatının baş tutan seçmə oyunları baş məşqçi istefası ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, final mərhələsinə çıxmaq üçün qalan nəzəri şanslarını da itirən Belçika yığmasının çalışdırıcısı Frenki Verkoteren istefaya göndərilib.
Federasiyadan verilən açıqlamaya əsasən, İrəvanda Ermənistan yığmasına 1:2 hesabı ilə uduzduqdan sonra mütəxəssisin özü getmək qərarına gəlib. Bu ilin aprelində istefaya göndərilən Rene Vandereykini əvəzləyən Verkoteren ilin sonunda bu postu Dik Advokarta təhvil verməli idi. Rusiya “Zenit”inin sabiq çalışdırıcısı ilə müqavilə məhz həmin müddətdən nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Belçika yığması növbəti oyununu oktyabrın 10-da Türkiyəyə qarşı keçirəcək.

0
0