Elvin Məmmədov: Yığmamız əvvəlkilərlə müqayisədə, indi futbol oynamağı bacarır
10.09.2009 - 12:25
“Biz qol vurmağa çətinlik çəkirik. Almanlarla qarşılaşmada künc zərbəsi zamanı fərqlənmək üçün əla şans yaxaladıq. Təəssüf ki, bundan yararlana bilmədik. Düşünürəm ki, Vaqif Cavadov, Vüqar Nadirov, elə mən özüm də ön xətdə daha fəal olmalıyıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Elvin Məmmədov deyib.
Hannover şəhərində dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya yığması ilə görüş barədə fikirlərini bölüşən gənc yarımmüdafiəçi 0:4 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Birinci hissədə 1:0 hesabı ilə uduzmağımıza baxmayaraq, yaxşı təsir bağışladıq. Daha doğrusu, meydanda 10 nəfərlə qalanadək. İşləri korlayan qırmızı vərəqə oldu. Demirəm ki, məğlubiyyəti sırf həmin vərəqənin üzərinə yıxmaq lazımdım. Ancaq fakt budur ki, hakimin meydan sahiblərinə böyük simpatiyası var idi”.
Məmmədov bildirib ki, milli komandada inkişaf hiss olunur: “Əvvəlkilərlə müqayisədə, yığma indi futbol oynamağı bacarır. İnşallah, gələcəkdə lap yaxşı olacaq. Bəlkə gələn seçmə mərhələdə nəsə etdik. Növbəti seçmə mərhələdə İngiltərə, İspaniya ilə eyni qrupa düşsək, şansımız olmayacaq. Bəlkə MDB ölkələri ilə matçlarda uğur qazandıq”.
O, oktyabrın 10-da Lixtenşteynə qarşı səfərdə keçiriləcək oyundan qalib dönməyin vacibliyindən danışıb: “Özümüzə haqq qazandırmaq istəmirəm. Lixtenşteyni ötən il Bakıdakı görüşdə məğlub etməli idik. Məsələn, elə mən özüm qol vurmaq üçün bir imkanı əldən verdim. Həm seçmə mərhələdə ilk qələbəni qazanmaq, həm də Lixtenşteyni qabaqlamaq üçün səfərdə onlara qalib gəlmək niyyətindəyik”.

0
0