UEFA milli komandamızın yarımmüdafiəçisini cəzalandırdı
10.09.2009 - 12:34
Azərbaycan milli komandası daha bir oyunçusunu itirib. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın futbolçusu Şəhriyar Rəhimov növbəti görüşdə oynaya bilməyəcək. Buna Bakının “İnter” klubunun dayaq yarımmüdafiəçisinin cəzalı duruma düşməsidir.
Avropa çempionatının arxada qalan iki seçmə oyununun hər birində sarı vərəqə alan Rəhimov oktyabrın 10-da Avstriya ilə səfərdə keçiriləcək qarşılaşmanı buraxmalı olacaq. Maraqlıdır ki, Şəhriyar ikinci hissənin ilk 5 dəqiqəsində xəbərdarlıq almaq üzrə ixtisaslaşıb. Sentyabrın 5-də Albaniya ilə səfər matçının 50-ci dəqiqəsində önündə “sarı işıq” görən yarımmüdafiəçi Belarusla Bakıdakı görüşün 46-cı dəqiqəsində “yanıb”.

0
0