Azərbaycan yığması Almaniyaya qayıdır
10.09.2009 - 12:50
Azərbaycan milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsində qarşıdakı rəsmi oyununa Almaniyada hazırlaşacaq. Apasport.az saytının məlumatına görə, yığmamız oktyabrın 10-da Lixtenşteynlə səfərdə keçirəcəyi görüş öncəsi Frankfurtda təlim-məşq toplanışı keçəcək.
Həmin toplanışın sentyabrın 29-da başlanması planlaşdırılıb. Lixtenşteynə elə Almaniyadan yollanmaq nəzərdə tutulub. Toplanış ərəfəsində Bakıda bir araya gələcək milli komandamız Frankfurta alman baş məşqçi Berti Foqtsun köməkçisi Vaqif Sadıqovun rəhbərliyi altında yollanacaq.
Qeyd edək ki, Almaniya ilə rəsmi oyundan (0:4) sonra köməkçiləri ilə vətənində qalan Foqtsun dəstəsi ölkəmizə oktyabrın 11-də, yəni Lixtenşteynlə səfər oyunundan sonra qayıdacaq.

0
0