Kloze Azərbaycana 4 qol vurmağın səbəbini açıqladı
10.09.2009 - 12:57
Azərbaycan milli komandasının Almaniyaya böyük hesabla uduzmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsində futbolçularımıza 4:0 hesabı ilə “dərs keçən” Bundestimin 2 qoluna imza atan Mirsolav Kloze matçla bağlı fikirlərini açıqlayıb. 31 yaşlı hücumçu niyə bu qədər qol vurduqlarının sirrini açıb: “Bu bizim heç də ən ağır oyunumuz deyildi. Düzdür, Azərbaycan yığması çalışırdı. Lakin ustalıq səviyyəsindəki fərq özünü göstərdi. Etiraf edim ki, oyunumuza ən çox təsir edən tribunaların bizi fitə basması oldu. Həm də dubl etdiyim üçün sevinirəm”.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0