Baş məşqçi istefaları artır
10.09.2009 - 13:12
Dünya çempionatının sentyabrın 9-da keçirilən oyunlarından sonra gerçəkləşən istefaların sayı artır. Apasport.az saytının məlumatına görə, Belçikanın ardından Polşa Futbol Federasiyası da yığmanın baş məşqçisini qovmağa qərar verib.
Final mərhələsinə çıxmaq şansları yalnız kağız üzərində qalan “panlar” hollandiyalı mütəxəssis Leo Beenhakkeri postundan uzaqlaşdırıb. Bu, Sloveniyaya 0:3 hesablı yenilgidən sonra gerçəkləşib. Federasiya prezidenti Qjeqoj Lyato istefanı təsdiqləməklə yanaşı, bu posta yerli məşqçinin gətiriləcəyini bildirib.
Qeyd edək ki, 2006-cı ildən Polşa yığmasında çalışan Beenhakker iki dəfə Azərbaycan milli komandası ilə qarşılaşıb. 2007-ci martın 24-də Şahin Diniyevi 5:0 hesabı ilə darmadağın edən hollandiyalının yetirmələri iyunun 2-də Bakıda 3:1 hesabı ilə qalib gəlmişdi.

0
0