Onlara baxanda, Foqts dözümlü imiş...
10.09.2009 - 13:26
Berti Foqts 1996-cı ildə Avropa çempionluğu qazandırdığı Almaniya milli komandasına qarşı rəsmi oyuna çıxmaqla tarixə düşdü. Apasport.az saytının hesablamalarına görə, 63 yaşlı alman mütəxəssis Azərbaycan yığmasının baş məşqçi postunda rəsmi oyunlarda ilk böyük hesablı məğlubiyyəti həmyerlilərindən aldı.
Foqts onunla təsəlli tapa bilər ki, milli komandamızı çalışdıran həmkarları arasında ən dözümlüsü imiş. Yəni, yığmamızın digər çalışdırıcıları rəsmi oyunlarda böyük hesablı məğlubiyyətləri daha tez alıb. Foqtsa isə bu uğursuzluq yalnız 8-ci oyununda “nəsib” olub. Bu planda ən pis aqibətlə üzləşən Ağasəlim Mircavadovla Əhməd Ələsgərovdur.
Belə ki, həmin mütəxəssislər elə ilk rəsmi oyundaca böyük hesablı məğlubiyyət alıblar. Foqtsa qədər ən dözümlüsü braziliyalı həmkarı, onun kimi futbolçu karyerasında dünya çempionu olan Karlos Alberto Torres imiş. Onun rəsmi oyunda böyük hesabla uduzması üçün 5 görüş gözləmək lazım gəldi. Belə aqibətlə 3-cü rəsmi oyununda üzləşən Əsgər Abdullayevlə Foqtsu birləşdirən məqam odur ki, hər ikisinin ilk böyük hesablı məğlubiyyəti eyni hesabla – yəni 0:4 olub. Maraqlıdır ki, yığmamızın məşqçiləri rəsmi oyunlarda ilk böyük hesablı məğlubiyyətləri adətən səfərdə alır.
Qeyd edək ki, milli komandamızın tarixində olan digər məşqçilərdən Ələkbər Məmmədov, Nazim Süleymanov və makedoniyalı Qyoko Hacıyevskinin hesabında ümumiyyətlə, böyük hesablı məğlubiyyət yoxdur.
Azərbaycan milli komandasının baş məşqçilərinin rəsmi oyunlarda ilk böyük hesablı məğlubiyyətləri
7 sentyabr 1994-cü il. Buxarest. 1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunu. Rumıniya – Azərbaycan – 3:0
Baş məşqçi: Ağasəlim Mircavadov (1-ci rəsmi oyunu)
2 iyun 1996-cı il. Oslo. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu. Norveç – Azərbaycan – 5:0
Baş məşqçi: Kazbek Tuayev (3-cü rəsmi oyunu)
8 iyun 1997-ci il. Helsinki. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu. Finlandiya – Azərbaycan – 3:0
Baş məşqçi: Vaqif Sadıqov (2-ci rəsmi oyunu)
26 mart 1999-cu il. Gimaraynş. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Portuqaliya – Azərbaycan – 7:0
Baş məşqçi: Əhməd Ələsgərov (1-ci rəsmi oyunu)
6 iyun 2000-ci il. Skopye. 2002-ci il dünya çempionatının seçmə mərhələ oyunu. Makedoniya – Azərbaycan – 3:0
Baş məşqçi: İqor Ponomaryov (2-ci rəsmi oyunu)
29 mart 2003-cü il. Kardiff. 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu. Uels – Azərbaycan – 4:0
Baş məşqçi: Əsgər Abdullayev (3-cü rəsmi oyunu)
26 mart 2005-ci il. Varşava. 2006-cı il dünya çempionatının seçmə mərhələ oyunu. Polşa – Azərbaycan – 8:0
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya, 5-ci rəsmi oyunu)
7 oktyabr 2006-cı il. Portu. 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Portuqaliya – Azərbaycan – 3:0
Baş məşqçi: Şahin Diniyev (3-cü rəsmi oyunu)
9 sentyabr 2009-cu il. Hannover. 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunu. Almaniya – Azərbaycan – 4:0
Baş məşqçi: Berti Foqts (Almaniya, 8-ci rəsmi oyunu)

0
0