Con Terrinin üzünə tüpürdülər
10.09.2009 - 14:28
İngiltərə yığmasının kapitanı Con Terrinin üzünə tüpürüblər. Apasport.az saytının məlumatına görə, Londonun “Çelsi” klubunda da kapitan sarğısını daşıyan 29 yaşlı müdafiəçi 2010-cu il dünya çempionatının seçmə mərhələsində Xorvatiya yığmasını evdə darmadağın etdikləri rəsmi oyundan (5:1) sonra verdiyi maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Terrinin sözlərinə görə, xorvatlarım hücumçusu İvan Klasniçlə hakimin final fitindən sonra arasında baş verən insident rəqibin onun sifətinə tüpürməsi ilə nəticələnib: “Klasniç mənə tüpürdü və bu, heç də yaxşı vəziyyət deyil. Aydın məsələdir ki, o, məyus olmuşdu. Buna baxmayaraq, karyeramda ilk dəfə rəqibin mənə tüpürməsi ilə üzləşirəm”.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0