Berti Foqtsun darmadağın olduğu gün...
10.09.2009 - 14:52
Azərbaycan milli komandasının Almaniya yığmasına sentyabrın 9-da böyük hesabla uduzması təsadüfi deyilmiş. Apasport.az saytının məlumatına görə, ayın 9-cu günü baş məşqçi Berti Foqts üçün düşərli deyil. Belə olmasaydı, 63 yaşlı alman mütəxəssis yığmamızda ilk böyük hesabla məğlubiyyəti həmin gündə baş verməzdi.
Söhbət iyunun 9-da İspaniya yığmasına Bakıda 0:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündən gedir. Bu dəfə Foqts ayın 9-da həmyerlilərindən, 1996-cı ildə baş məşqçi kimi Avropa çempionluğu qazandırdığı Almaniya yığmasından ağır zərbə aldı.
Göründüyü kimi, Avropa çempionları Foqtsun komandasını ayın 9-da darmadağın edir. Alman mütəxəssis ispanlardan aldığı şokun düz üç ayı tamam olduğu gündə vətənində biabır oldu.
Qeyd edək ki, Foqtsun 17 ay çalışdırdığı milli komandamızda böyük hesablı məğlubiyyəti yalnız İspaniya və Almaniya ilə görüşlərdə olub.

0
0