Ziko MOİK-dən uzaqlaşdırıldı
10.09.2009 - 15:14
Artur Ziko Rusiya MOİK-nin baş məşqçisi postundan uzaqlaşdırılıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, braziliyalını Moskva təmsilçisinin sükanı arxasında Xuande Ramos əvəzləyib. Ən böyük uğurları ardıcıl 2 il UEFA kubokunu qazandırdığı “Sevilya” klubunda olan ispan mütəxəssisin sonuncu iş yeri Madrid “Real”ı idi.
Cari ilin əvvəlində MOİK-ə gətirilən Ziko bu cəlbedici təklifin müqabilində Özbəkistanın “Bunedkor” klubunun baş məşqçi postundan istefa vermişdi. Ziko “Bunedkor”a qədər isə Türkiyədə “Fənərbaxça”nı çalışdırıb.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0