“Milan”ın məşqçiləri Azərbaycana futbolçu seçməyə gəlirlər
10.09.2009 - 15:26
İtaliyanın “Milan” klubunun məşqçiləri Azərbaycan gəlir. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” komandası ilə əməkdaşlıq edən İtaliya nəhəngi nümayəndələrini növbəti dəfə ölkəmizə göndərəcək.
Sentyabrın 14-də startı veriləcək "Milan Junior Camp" layihəsi bu dəfə Zaqatala rayonunu da əhatə edəcək və ümumilikdə 200 nəfər uşaq və yeniyetmə futbolçu qatılacaq. Sentyabrın 14-dən 18-dək təlim məşqlər “Şəfa" İdman və Sağlamlıq Kompleksinin stadionlarında baş tutacaq. Zaqatala rayonunda 21-25 sentyabr tarixlərində keçiriləcək layihəyə 100 nəfər uşaq və yeniyetmə futbolçu cəlb olunacaq. Bu dəfə də “Milan”ın məşqçiləri bilik və bacarıqlarını azərbaycanlı futbolçularla paylaşacaqlar. Layihə çərçivəsində məşqçilər üçün treninq-məşğələnin də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, məşğələlərin saat 15.00-dan 18.30-dək davam edəcəyi planlaşdırılır.

0
0