“Qara qitə”yə yollanan xoşbəxtlərin sayı artdı
10.09.2009 - 15:45
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində yer aldığı qrupda vəsiqələrin taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, gələn 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək mötəbər turnirdə iştirak etməyə Almaniya və Rusiya iddiaçı oldu. Bu, son turda Finlandiya yığmasının səfərdə Lixtenşteynlə gözlənilməz xal itkisindən (1:1) sonra rəsmiləşdi.
Belə ki, almanlar Hannoverdə yığmamızı (4:0), Rusiya səfərdə Uelsi yenməklə (3:1), ən azı 2-ci yer, yəni pley-off oyunlarına vəsiqəni özləri üçün təmin edib. Finlər qrupda son 2 oyunda qələbə qazansalar belə, nə almanlara, nə də ruslara çata biləcək. Mundiala birbaşa vəsiqə verən 1-ci yerin taleyinə isə bu 2 yığma arasında oktyabrın 10-da Moskvada keçiriləcək görüşdə aydınlıq gələcək.
Avropa zonasında Hollandiyadan sonra daha 2 yığma dünya çempionatına birbaşa vəsiqəni rəsmiləşdirib. Bunlar İspaniya və İngiltərə milli komandalarıdır. Bununla da CAR-a yollanacaq xoşbəxtlərin sayı bir qədər də artıb.
Bunadək Braziliya, Avstraliya, Cənubi Koreya, Şimali Koreya, Yaponiya və Qana birbaşa vəsiqəyə sahib çıxmışdı. Braziliyanın çıxış etdiyi Cənubi Amerika zonasından Paraqvayın da “qara qitə”qə yollanacağı dəqiqləşib. Paraqvaylılar buna evdə Argentina yığması üzərində qazandığı qələbə (1:0) sayəsində nail olublar. Nəticədə 5-ci pilləyə düşən argentinalılar seçmə mərhələni bu mövqedə başa vurarsa, CONCACAF zonasında 3-ü yeri tutanla pley-off oyunlarında iştirak edəcək. Cənubi Amerika zonasında ilk 4 yeri tutan yığma dünya çempionatına birbaşa çıxır.
Avropada bir sıra yığmalar ən azı pley-off oyunlarına qatılmaq hüququ qazanıb. Bunlar İtaliya, Slovakiya, Serbiya, Norveçdir. Sonuncu yığmanın yer aldığı sonuncu (9-cu) qrupda ümumiyyətlə, mübarizə bitib. Çünki digərlərdən fərqli, həmin qrupda ən az komanda (5) yer almışdı.
Asiya zonasında isə milli komandamızın ötən il səfərdə yoldaşlıq görüşündə yendiyi (2:1) Bəhreyn yığması pley-offa vəsiqə qazanıb. Bəhreynlilər dünya çempionatında görməyə adət etdiyimiz Səudiyyə Ərəbistanı yığmasını üstələyib. İndi onlar Yeni Zelandiya milli komandası ilə pley-off oyunlarında qüvvəsini sınayacaqlar.

0
0