“Gəncə” əvvəl pulsuz konsertə, sonra oyuna hazırlaşır
10.09.2009 - 17:46
“Gəncə” klubunun prezidenti Elmir Əliyev və baş məşqçi Fuad İsmayılov bu gün mətbuat konfransı keçiriblər. Apasport.az saytının məlumatına görə, Əliyev bildirib ki, komandanın ilk ev oyununu ilə əlaqədar matçdan öncə bayram konserti təşkil olunacaq. Tamaşaçılar konsert və oyunu pulsuz izləyə biləcəklər.
Baş məşqçi isə klubun müasir geyim və avadanlıqlarla təmin edildiyini söyləyib: “Komandamız faktiki olaraq dağılmışdı və bunun yeganə səbəbi maliyyə problemi idi. İndi bu problem xeyirxah insanların və dövlət qayğısının sayəsində aradan qalxıb. Biz bir komanda olaraq, nəyə qadir olduğumuzu göstərmək şansı qazanmışıq. Bu şansdan lazımınca istifadə etmək qarşımızda duran ən vacib məsələdir”.
Qeyd edək ki, “Gəncə” 3 illik fasilədən sonra ilk ev oyununu sentyabrın 12-də Qazaxın “Göyəzən” klubuna qarşı keçirəcək.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0