AFFA və “Fənərbaxça” arasında müqavilə imzalandı - FOTO
10.09.2009 - 17:55
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Türkiyənin “Fənərbaxça” klubu arasında mövcud müqavilənin uzadılması haqda protokol imzalanıb. Apasport.az saytının məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev və onun İstanbul təmsilçisindəki həmkarı Əziz Yıldırımın imzaladığı sənəd tərəflər arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsinə xidmət edir. Mərasimə “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov, “Fənərbaxça” klubunun alman baş məşqçisi Kristof Daum, “Fənərbaxça”nın bazasında toplanış keçirən AFFA-nın 15 yaşlılardan ibarət “Akademiya” komandasının üzvləri də qatılıb.
Qeyd edək ki, yeniyetmə futbolçularımız 2 aydır Türkiyədə hazırlıq keçir.
Fotolar “Fənərbaxça” klubunun rəsmi saytından götürülüb.
Qeyd edək ki, yeniyetmə futbolçularımız 2 aydır Türkiyədə hazırlıq keçir.
Fotolar “Fənərbaxça” klubunun rəsmi saytından götürülüb.
0
0