“Turan” 1569 gündür “İnter”dən xal ala bilmir
18.09.2009 - 11:10
Azərbaycan Premyer Liqasının V turunda Bakının “İnter” klubu ilə qarşılaşacaq “Turan” paytaxt təmsilçisi ilə oyunlardakı uğursuz seriyanı qırmağa çalışacaq. Apasport.az saytının hesablamalarına görə, Tovuz təmsilçisi “İnter”ə qarşı Premyer Liqada keçirdiyi son 8 matçın hamısında məğlub olub. Bu məğlubiyyət seriyası zamanı 21 top buraxan “Turan” “İnter”in qapısına cəmi 2 dəfə yol tapıb. Tovuzluların bu rəqibə uduzmadığı sonuncu oyun isə 2005-ci il mayın 3-ə təsadüf edib. Həmin vaxt “Turan” öz meydanında minimal hesablı qələbə qazanıb. Bundan sonra hər iki komanda öz meydanında 3 qarşılaşma keçirsə də, qalib eyni komanda olub.
“Turan” – “İnter”: bütün oyunlar
“Turan” – “İnter”: bütün oyunlar
| Tovuzda | Bakıda |
1999/2000 | 2:1 | 0:0 |
2000/01 | 3:1 | 0:1 |
2001/02 | 2:1 | 2:3 |
2003/04 | -:+ | 0:2 |
2004/05 | 1:0 | 3:3 |
2005/06 | 0:1 | 0:1 |
2006/07 | 1:7 | 0:1 |
2007/08 | 0:4 | 1:3 |
2008/09 | 0:1 | 0:3 |
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0