2 manat ver, Rusiya yığmasının oyununa bax!
30.09.2009 - 11:06
2 manat ver, Rusiya yığmasının oyununa bax!
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya oyununun biletləri satışa çıxarılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletləri oyunun keçiriləcəyi stadionun kassalarında, AFFA-nın inzibati binasının ərazisindəki “Fan shop”da, “Nərgiz” Ticarət Mərkəzində və Caspian Plazada satılır. VİP lojalar istisna olmaqla, digər sektorlara giriş 2-10 manat aralığındadır. Daha rahat yerdən oyunu seyr etmək istəyənlər isə 50 manatından keçməli olacaq.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək matç saat 21:00-da başlayacaq.