“Neftçi” klubunun futbolçularını kim ağladıb?
30.09.2009 - 11:39
“Komandada gələcək taleyim haqda indidən heç nə deyə bilmərəm. Bununla bağlı yeni baş məşqçi, rəhbərliklə söhbətim olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun məşqçisi Arif Əsədov deyib.
Sabiq baş məşqçi Böyükağa Ağayevin səhhətində problem yarandığından komandanı son oyunlara çıxaran Əsədov “Standard”ı səfərdə yensə (2:1) də, “Simurq”a evdə uduzdu (0:1). Məhz bundan sonra yeni baş məşqçinin təyin olunmasına qərar verildi ki, gənc çalışdırıcı bunu labüd sayır: “Bilinirdi ki, Böyükağa müəllimin səhhətində problem yarandıqdan sonra yeni baş məşqçi təyinatı olacaq. Mənə də komandanı müvəqqəti tapşırmışdılar. Sadəcə, bu əvəzləmə bir qədər uzun çəkdi. Yəni, mənə əvvəl komandanı bir oyuna çıxarmağı demişdilər ki, sonradan bu, iki görüş oldu. Məni komandanın baş məşqçisi təyin etməmişdilər, dəvət də almamışdım. Sadəcə, üzərimə düşən öhdəçiliyi yerinə yetirdim. Komandanı meydana çıxardığım hər iki oyunda etdiyim əvəzetmələr oyunumuzu gücləndirməyə hesablanmışdı. Son turda “Simurq”la uduzsaq da, oyunumuzda böyük uğursuzluğun olduğunu düşünmürəm. Əksinə, oyun sistemində, taktika, futbolçuların qələbə istəyi baxımından irəliləyiş var idi. Məğlubiyyət futbolçuları elə sarsıtmışdı ki, hətta bəziləri gözlərinin yaşını saxlaya bilmədilər”.
14 illik fasilədən sonra “Neftçi”nin baş məşqçi postuna qayıdan Vaqif Sadıqovun köməkçilərinin kim olacağı maraq doğurur. 50 yaşlı mütəxəssis bununla bağlı hələ konkret açıqlama verməsə də, hər halda, dəyişiklərin olacağını, öz məşqçilərimizlə çalışacağını gizlətmədi. Bu mənada Əsədovun köməkçisi kimi fəaliyyətini davam etdirib-etdirməyəcəyi müzakirə obyektinə çevrilib: “Əlbəttə, “Neftçi”də işimi davam etdirmək istərdim. Hər halda, bu komandada yetişmişəm, əsas komandaya əvəzedicilərdən gəlmişəm. Amma buna rəhbərliklə söhbətdən sonra tam aydınlıq gələcək. Vaqif müəllimlə də danışmalıyam. İlkin söhbətləşdiyim yeni baş məşqçimiz haqqımda müsbət fikirdədir. Hesab edirəm ki, rəhbərliyin indiki məqamda yerli baş məşqçi təyin etməsi ən doğru seçimdir. Çünki əcnəbi mütəxəssisə tanışlıq, uyğunlaşma üçün xeyli vaxt lazımdır. O, möhlət istəyəcək və bununla da vaxt uzanacaq. Sadıqov isə “Neftçi”də uzun müddət oynayıb, baş məşqçisi olub, ölkə kubokunu qazanıb. Yəni komanda üçün yeni məşqçi deyil ki, uğur gözləmək üçün uzun müddətə ehtiyac olsun. Vaqif müəllim işini bilən təcrübəli mütəxəssisdir”.
Qeyd edək ki, ötən mövsüm baş məşqçisi olduğu “Neftçi”nin əvəzedicilərini ölkə çempionu edən Əsədov bundan sonra əsas komandanın məşqçisi təyin edildi.

0
0