Yığmamız bu gün “Antalyaspor”la qarşılaşacaq
30.09.2009 - 15:23
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu bu gün keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Türkiyədə təlim-məşq toplanışında olan Bernard Lippertin yetirmələri “Antalyaspor” klubu ilə qarşılaşacaq. Superliqa təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, 2005/06 mövsümünün I dövrəsində “Xəzər-Lənkəran”da baş məşqçi vəzifəsini icra edən Şenol Fidan artıq neçə vaxtdır “Antalyaspor”da çalışır. “Beşiktaş”ın sabiq futbolçusu bu klubun baş məşqçisi Mehmet Özdilekin köməkçisidir.

0
0