“Neftçi”də növbəti kadr dəyişikliyi?
30.09.2009 - 15:27
“Neftçi” klubunun rəhbərliyi kollektiv daxilində nizam-intizamı gücləndirəcək. Apasport.az-ın xəbərinə görə, bu haqda lent.az-a klubun yeni vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Onun sözlərinə görə, bu gün komanda üzvləri və klubun inzibati heyəti ilə keçirilən görüşdə “Neftçi”nin uğurlu fəaliyyət göstərməsi istiqamətində fikirlərini çatdırıb. Süleymanov hazırda UniBank Premyer Liqasında verilən 3 həftəlik fasilə ilə əlaqədar futbolçuları oktyabrın 4-dək istirahətə yolladıqlarını bildirib: “İstirahət başa çatdıqdan sonra “Neftçi”nin fəaliyyətində klubun və baş məşqçinin tələbləri, eyni zamanda bu günədək qurulmuş sistemin davamı olaraq, daha güclü intizam kodeksi həyata keçiriləcək. Bütün futbolçulara inamımız var. İnanıram ki, UniBank Premyer Liqasının növbəti turlarında “Neftçi” daha əzəmətli görünəcək”.
Klubun inzibati heyəti ilə görüşdə isə bildirilib ki, yaxın günlərdə “Neftçi”nin inkişafı istiqamətində daha təsirli addımlar atılacaq: “Bu, tanışlıq xarakterli görüş olsa da, klubda qoyulan sistemin daha da inkişafı ilə bağlı fikirlərimi bildirdim. Bu gün hər hansı kadr dəyişikliyi gündəmdə deyil. Amma yaxın zamanda ola bilər. Çünki bütün kollektivlə fərdi söhbətdən sonra klubumuzun hər hansı əməkdaşının müasir tələblərə uyğun olacağı təsdiqlənərsə, o, öz fəaliyyətini davam etdirəcək. Bu günkü sistemə, tələblərə uyğunlaşmayanlar olsa, onlara uğurlar arzulayıb, mehribancasına yollarımızı ayıracağıq”.

0
0