Mais Mənsimov: Biz nə qohumbazlıq, nə də yerlibazlığa üstünlük veririk!
30.09.2009 - 16:18
“Qohumluq bizim klubun siyasətinə yad bir şeydir. Nizam-intizam normaları bütün əməkdaşlarımıza şamil olunur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun prezidenti Mais Mənsimov deyib.
UniBank Premyer Liqasının iştirakçısı olan klubların əvəzedici komandaları arasında ötən şənbə Lənkəranda keçirilən görüş xoşagəlməz olayla yadda qaldı. “Xəzər-Lənkəran” – “Muğan” matçında baş verən qalmaqal baş hakim Rauf Cabbarovun döyülməsi və AFFA-nın İntizam Komitəsinin lənkəranlılara ağır cəza kəsməsi ilə nəticələndi. Belə ki, baş verən hadisələrdə əsas təqsirkarlardan sayılan əvəzedici komandanın baş məşqçisi Fazil Əsədov 2 illik futboldan kənarlaşdırıldı, “Xəzər-Lənkəran” isə böyük məbləğdə cərimələndi. Hələ qurumun iclasına qədər Əsədovu istefaya göndərən Lənkəran təmsilçisi əvəzedici komandanın 18 yaşlı yarımmüdafiəçisi Murad İsmayılzadə, habelə klubun işçisi Kamal Mirzəyevi sıralarından xaric etdi.
Baş verənlərə münasibətini bildirən Mais Mənsimov onlar haqda belə sərt ölçü götürməyin vacibliyini ön plana çəkib: “Bizdə nizam-intizamı pozanlara kimliyindən asılı olmayaraq, göz yumulmur. Onun hansı yerdə çalışması fərq etmir. Nizam-intizam hamı üçün eyni dərəcədə şamil olunur. Buna əməl etməyənlər isə cəzasını alırlar. Həmin üç şəxs də mənim göstərişimlə klubdan kənarlaşdırılıb. Biz nə qohumbazlıq, nə də yerlibazlığa üstünlük veririk, hamıya eyni gözlə baxırıq”.

0
0