Hersoq Bakıda nə vaxt olacaq?
30.09.2009 - 16:28
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Avstriya yığmasının hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Motsartın həmvətənləri oktyabrın 10-da baş tutacaq qarşılaşma ərəfəsində cəmi 4 günlük təlim-məşq toplanışı keçirəcək. Millimizlə oyuna Aşağı Avstriyanın Bad Erlax şəhərində hazırlaşacaq rəqibimiz oktyabrın 5-də bir araya gələcək. Baş məşqçi Andreas Hersoq 4 günlük məşqlərdən sonra oktyabrın 9-da yetirmələri ilə birlikdə Bakıya gələcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.
0
0