Vaqif Sadıqov və tələbələri - ARAŞDIRMA
30.09.2009 - 18:05
14 illik fasilədən sonra Bakının “Neftçi” klubunun baş məşqçi postuna qayıdan Vaqif Sadıqov bu vəzifədə tələbələri ilə birgə çalışacaq. Apasport.az saytının hesablamalarına görə, 50 yaşlı mütəxəssisin köməkçiləri Arif Əsədovla İqor Getman vaxtilə onun rəhbərliyi altında çıxış edib. Hətta adıçəkilən müdafiəçilərdən 39 yaşlı Əsədov Sadıqovla çiyin-çiyinə oynamağa da imkan tapıb. Belə ki, onlar həm “Neftçi”nin heyətində həm SSRİ çempionatında, həm də birinci liqada birgə oynayıblar.
Sadıqovun milli çempionatlarda “ağ-qaralar”ı çalışdırdığı illərdə isə Əsədov onun futbolçusuna çevrilib. O, 1993/94 mövsümündə 14, növbəti çempionatda 4 matçda forma geyinib. Yeri gəlmişkən, 1994-cü ildə Rusiyanın yüksək liqasında Vladiqafqazın “Alaniya” klubunun şərəfini qoruyan Əsədov 20 görüşdə 1 qol vurub. Daha sonra “Alaniya”dan “Neftçi”yə icarəyə verilən futbolçu Sadıqovun baş məşqçisi olduğu komandada böyük uğurlar qazanıb. Flaqman həmin mövsüm ölkə kubokuna sahib çıxmaqla yanaşı, çempionatın bürünc medalına yiyələnib. 1995-ci ilin yayında, artıq tarixə qovuşan Kuboklar Kubokunda mübarizə aparan “Neftçi” Kiprin APOEL klubu ilə görüşüb (0:3, 0:0) və Əsədov həmin matçlarda Sadıqovun rəhbərliyi altında oynayıb.
Ancaq həmkarından fərqli, 38 yaşlı Getmanın təcrübəli mütəxəssislə yolu “Neftçi”də yox, milli komandada kəsişib. Özü də bu göstəricidə Əsədovun üstünlüyü nəzərə çarpır. Belə ki, o, Sadıqovun çalışdırdığı yığmamızda 11, Getman isə 5 oyun keçirib. Sonuncunun üstün cəhəti bu görüşlərdə sarı vərəqə ilə cəzalanmamasıdır.
Hazırda “Neftçi”nin futbolçulardan Samir Əliyev uzun müddət Sadıqovun rəhbərliyi altında milli komandamızda oynayıb. 2002-ci il avqustun 21-də “Şəfa” stadionunda Özbəkistan yığması ilə keçirilən yoldaşlıq görüşü (2:0) hücumçu üçün əlamətdar olub. Əliyev əsas yığmamızda ilk qolunu məhz Sadıqovun rəhbərliyi altında vurub. “Neftçi”nin kapitanı Zaur Tağızadəni milli komandaya məhz hazırkı çalışdırıcısı gətirib. Vitse-kapitan Rail Məlikov isə 21 yaşlılardan ibarət yığmamıza Sadıqovun köməyi ilə gəlib. Müdafiəçi həmin seçmə mərhələdə (2004-2005) braziliyalı baş məşqçi Karlos Alberto Torresin dəvəti ilə milli komandada debüt edib.
Arif Əsədov və İqor Getmanın Vaqif Sadıqovun rəhbərliyi altında milli komandada keçirdiyi oyunlar:
1996-cı il
10 noyabr. Bakı. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Macarıstan - 0:3
Arif Əsədov 90 dəqiqə oynayıb, sarı vərəqə alıb. İqor Getman son 12 dəqiqədə meydanda olub
Baş məşqçi: Vaqif Sadıqov
1997-ci il
22 mart. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan - 3:0
Arif Əsədov son 43, İqor Getman son 45 dəqiqədə meydanda olub
Baş məşqçi: Vaqif Sadıqov
25 aprel. Aşqabad. Yoldaşlıq görüşü. Türkmənistan – Azərbaycan 2:0
Arif Əsədov iştirak etməyib, İqor Getman 71 dəqiqə meydanda olub.
Baş məşqçi: Vaqif Sadıqov
1998-ci il
22 mart. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Moldova 1:0
Arif Əsədov 75 dəqiqə oynayıb, İqor Getman iştirak etməyib
Baş məşqçi: Vaqif Sadıqov
24 aprel. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Özbəkistan 2:1
Arif Əsədov 90 dəqiqə oynayıb, sarı vərəqə alıb, İqor Getman iştirak etməyib
Baş məşqçi: Vaqif Sadıqov
16 may. Vilyandi. Beynəlxalq turnir. Estoniya – Azərbaycan 0:0

24 iyun. Tallin. Beynəlxalq turnir. Andorra – Azərbaycan 0:0
Arif Əsədov 90 dəqiqə oynayıb, İqor Getman iştirak etməyib
Baş məşqçi: Vaqif Sadıqov
26 iyun. Vilyandi. Beynəlxalq turnir. Litva – Azərbaycan 1:2

12 avqust. Gəncə. Yoldaşlıq görüşü. Azərbaycan – Gürcüstan 1:0
Arif Əsədov 87 dəqiqə oynayıb, sarı vərəqə alıb, İqor Getman iştirak etməyib
Baş məşqçi: Vaqif Sadıqov
5 sentyabr. Koşitse. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Slovakiya – Azərbaycan 3:0

10 oktyabr. Bakı. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Macarıstan 0:4
Arif Əsədov 51 dəqiqə oynayıb, İqor Getman iştirak etməyib
Baş məşqçi: Vaqif Sadıqov
1999-cu il
6 mart. Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Estoniya 2:2
Arif Əsədov 51 dəqiqə oynayıb, İqor Getman son 16 dəqiqədə meydanda olub
Baş məşqçi: Vaqif Sadıqov
2002-ci il
8 avqust. Təbriz. Yoldaşlıq görüşü. İran (U-23) – Azərbaycan 2:2
Arif Əsədov iştirak etməyib, Getman son 45 dəqiqədə meydanda olub

0
0