Maurinyonun dili klub prezidentini təəccübləndirib
06.10.2009 - 10:17
İtaliyanın “İnter” klubunun prezidenti Massimo Moratti komandasının baş məşqçisi Joze Maurinyonun hərəkətlərinə təəccüblənib. Apasport.az saytının məlumatına görə, tanınmış iş adamı ölkə çempionatının son turunda “Udineze” ilə qarşılaşan “neradzurra”nın çalışdırıcısının qarşılaşmanın son dəqiqələrində vurulan qələbə qolunu özünəməxsus tərzdə qeyd edəcəyini gözləmirmiş.
Belə ki, Uesli Sneyderin qolundan sonra uşaq kimi tribunalara doğru qaçan mütəxəssis dilini çıxararaq onlara göstərmişdi. Moratti üçün bu bir yenilik olub: “Belə şənlənmək mənə bir az qəribə göründü. Amma vacib olan bu deyil. Ən əsası qələbə idi ki, Maurinyo da onu qazandı”.

0
0