“Şahdağ” həkimsiz qaldı
06.10.2009 - 12:18
“Şahdağ” həkimsiz qaldı
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu dəfəki iclas kuryoz qərarla əlamətdar olub.

Belə ki, komitə üzvləri çox nadir hallarda təsadüf olunan cəza tədbirinə əl atıblar. Azərbaycan çempionatının I divizionunun IV turunda keçirilən “Şahdağ” – “Ədliyyə” matçında baş verənləri müzakirə edən komitə meydan sahiblərinin həkimini cəzalandırmağı məqsədəuyğun sayıb. Oyunun 88-ci dəqiqəsində hakimin icazəsi olmadan meydana daxil olduğuna görə texniki zonadan kənarlaşdırılan Gürcü Ataxanov 1 oyunluq cəzalandırılıb və qusarlıları 200 manat ziyana salıb. Bu qərar “Şahdağ”ı həkimsiz qoyub. Növbəti turda oyunçularından hansısa meydanda yıxılıb qalacağı halda qusarlılar rəqib komandadan kömək istəməli olacaq. Axı hər klubda iki həkim olmur.
0