Gəncəliləri məğlub edən komanda ölkə çempionatından çıxarıldı
06.10.2009 - 12:40
Gəncəliləri məğlub edən komanda ölkə çempionatından çıxarıldı
Latviya Futbol Federasiyası (LFF) “Dinaburq” klubunu ölkə çempionatından çıxarıb. Apasport.az saytının məlumatına görə, yüksək liqada mövsümün qalan görüşlərində iştirak etmək hüququndan məhrum edilən klub danışılmış oyunlarda şübhəli bilinir. “Dinaburq”un prezidenti Oleq Qavrilovla komandanın baş məşqçisi Tamaz Pertiya klubun iştirakı ilə keçirilən oyunların nəticəsinə görə qeyri-qanuni pul qoyuluşları edirlərmiş. Pertiya ilə Qavrilov da cəzasız qalmayıb. Onların hər ikisinə Latviya futbol sahəsində hər hansı fəaliyyətlə məşğul olmağa ömürlük qadağa qoyulub.

Qeyd edək ki, “Dinaburq”un Azərbaycan təmsilçisi ilə yolu kəsişib. 1997/98 mövsümünün avqustunda Gəncənin “Kəpəz” klubu ilə Kuboklar Kubokunda görüşən bu komanda hər iki oyunda 1:0 hesabı ilə qələbə qazanaraq, növbəti mərhələyə çıxarıb.
0