“Qalatasaray” klubu prokurorluğu hərəkətə gətirdi
06.10.2009 - 14:30
“Qalatasaray” klubu prokurorluğu hərəkətə gətirdi
Fransa polisinin əməkdaşları “Marsel” klubunun mənzil-qərargahında axtarış aparıb. Apasport.az saytının məlumatına görə, hüquq-mühafizə orqanının işçiləri Fransa milli komandasının lideri Frank Riberinin Türkiyə “Qalatasaray”ından Marsel təmsilçisinə keçidi ilə bağlı bütün sənədləri götürüb.

2005-ci ildə baş tutan transferlə bağlı araşdırmalara ötən il başlayan prokurorluq hazırda Almaniyanın “Bavariya” klubunda oynayan yarımmüdafiəçinin İstanbulu tərk etməsinə dair müqavilədəki qanunsuzluqları üzə çıxarmağa çalışır. Araşdırmaların başlamasına Riberinin sabiq agentinin “Marsel” və “Qalatasaray” arasında imzalanan sənəddə bir sıra qanun pozuntularına yol verilməsi ilə bağlı şikayəti səbəb olub.
0