Bakster həbs olunub
06.10.2009 - 15:12
Bakster həbs olunub
İngiltərənin “Everton” klubunun futbolçusu Joze Bakster həbs olunub. Apasport.az saytının məlumatına görə, 17 yaşlı hücumçu marixuana satmaq və saxta pullar hazırlamaqda ittiham olunur.

Liverpul şəhərində həbs olunan Joze daha iki kişi – 29 və 34 yaşlı “dostları” ilə birgə olub. Yaxalanan hər üç şəxs az keçməmiş zaminə buraxılıb. İndi onların günahkar olub-olmadığı araşdırmaların yekunlaşmasından sonra müəyyənləşəcək.

Qeyd edək ki, ötən mövsümün son turunda “Everton”un əsas komandasında debüt edən Bakster klubun tarixinə ən gənc futbolçu kimi düşüb. Oyun günü yeniyetmə 16 yaş 191 günlük idi.
0