Həftənin 3 incisindən biri “Bakı”da
06.10.2009 - 15:36
Həftənin 3 incisindən biri “Bakı”da
“Bakı” klubunun baş məşqçisi Bülənt Korkmazın açıqlaması Türkiyə mətbuatının diqqətini cəlb edib. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssisin fikirləri ötən həftənin 3 ən yaxşı sitatı arasında yer alıb.

Uzun illər şərəfini qoruduğu “Qalatasaray”ın durumuna münasibət bildirən Korkmaz “bir güllə ilə iki dovşanı vurub”: “Qalatasaray”ın bu gedişi davam edərsə, “Beşiktaş”ın vəziyyətinə düşəcək”.

Mütəxəssis bu fikirlə hər iki klubun azarkeşlərini “hansı duruma” sualı üzərində baş sındırmağa vadar edib. Bu sitatın isə “Həftənin inciləri” sırasına düşməyə kifayət edib. Korkmazla yanaşı, tanınmış şərhçi Erman Toroğlu və “Xəzər-Lənkəran”la sıx əlaqələri olan, Bakıda da olmuş Sinan Engin də yaddaqalan ifadə işlətməyə vaxt tapıb.
0