Yoahim Löv hələ də Azərbaycanla görüşdən danışır
06.10.2009 - 23:00
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə oyundan dərs alıb. Apasport.az saytının məlumatına görə, Rusiya yığması ilə oktyabrın 10-da Moskvada baş tutacaq oyun haqda fikirlərini bölüşən 48 yaşlı alman mütəxəssis taktiki sxemlərə də toxunub.
Onun fikrincə, milli komandamızla görüşlərdə meydandakı taktiki düzülüşləri uğursuz alınıb və ruslarla məsul sınaq öncəsi bundan nəticə çıxardıb: “Moskvadakı oyunda bir və ya iki hücumçudan ibarət taktiki sxemi kombinasiya edə bilərik. Almaniya yığması keçirdiyi oyunlarda üç əsas taktiki sxem – 4-4-2, 4-5-1 və 4-3-3-dən istifadə edir. Rusiya ilə görüşdə güclü müdafiəyə ehtiyacımız var. Oynadığımız adi sistem, yəni 4-4-2 Norveç və Azərbaycanla oyunlarda heç də inamlı təsir bağışlamırdı. Ola bilsin ki, Rusiya ilə görüşdə də ondan istifadə edəcəyik. Ancaq bizdə 4-5-1 sistemi yaxşı oturub. Moskvadakı oyunda hər iki taktiki sxemdən yararlanmağımız mümkündür. Bu, taktikaları görüşün gedişində dəyişəcəyik”.

0
0