“Xəzər-Lənkəran” sabah “Qaziantepspor”la qarşılaşacaq
07.10.2009 - 09:14
UniBank Premyer Liqasında yaranan fasilədən istifadə edərək Türkiyəyə təlim-məşq toplanışına yollanan “Xəzər Lənkəran” sabah növbəti yoxlama matçında qüvvəsini sınayacaq. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi bu dəfə “Qaziantepspor” komandası ilə üz-üzə gələcək. Bundan iki gün sonra isə baş məşqçi Ağasəlim Mircavadovun yetirmələri “İstanbul Böyükşəhər Bələdiyyəspor”la oyunda qüvvələrini sınayacaqlar.
Qardaş ölkədə “Kasımpaşa”ya qarşı keçirdiyi ilk oyundan qələbə (2:1) ilə ayrılan “Xəzər-Lənkəran” oktyabrın 11-dək Türkiyədə qalacaq.
Qardaş ölkədə “Kasımpaşa”ya qarşı keçirdiyi ilk oyundan qələbə (2:1) ilə ayrılan “Xəzər-Lənkəran” oktyabrın 11-dək Türkiyədə qalacaq.
0
0