AFFA klublara kitab göndərdi
07.10.2009 - 09:34
AFFA bütün klublara kitab göndərib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın Lisenziyalaşdırma qrupu tərəfindən 2 yeni vəsait – “Azərbaycan futbol Premyer Liqasında iştirak etmək üçün klubların lisenziyalaşdırılması üzrə qaydalar” (Versiya 2.0) və “UEFA-nın klub yarışlarında iştirak etmək üçün futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar” (Versiya 3.0) hazırlanıb. Klubların rahat istifadəsi üçün hər iki vəsait kataloq şəklində çap olunub. Eyni zamanda kataloqa əlavə olunmuş DVD-də vəsaitin tam məzmunu öz əksini tapıb.
0
0