Yığmamızın futbolçusu Röyanın klipinə çəkilir
07.10.2009 - 09:53
Yığmamızın futbolçusu Röyanın klipinə çəkilir
Azərbaycan yığmasının və “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov klipə çəkiləcək. Apasport.az saytının xəbərinə görə, 21 yaşlı futbolçu tanınmış sənətçinin yeni mahnısına çəkilən klipdə rol alacaq.

Röyayla uzun müddətdir, dostluq edən, hətta onun tanıdığı yeganə yerli futbolçu olan Abışov klipdə əsas rollardan birini oynayacaq. Mahnının adını dəqiqləşdirə bilməsək də, çəkilişlərin başlayacağı vaxtı bilirik. Millinin futbolçusu kamera qarşısına yaxın günlərdə çıxacaq.

Mənbə: ultrasport.az