Fərhadla Kamrana qol vuranlar Messi ilə müqayisə olundu
07.10.2009 - 10:07
Azərbaycan milli komandasına qol vuran alman futbolçular “Barselona” klubunun lideri Leonel Messi ilə müqayisə olunub. Apasport.az saytının məlumatına görə, Almaniya yığmasının milli komandamıza son iki görüşdə vurduğu 6 qoldan (2:0 və 4:0) üçü Miroslav Kloze, biri Lukas Podolskinin payına düşür. Ancaq həm onlar, həm də bundestimin yığmamıza qarşı oynamış digər hücumçuları – Mario Qomeslə Kakaunun son vaxtlar zəif çıxışı, az qol vurması diqqət çəkir.
Rusiya yığması ilə oktyabrın 10-da Moskvadakı vacib görüş öncəsi bundan narahat olmayan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv 22 yaşlı argentinalı Messinin də həmişə yaxşı oynamadığını qeyd edib: “Hazırda sərəncamımda olan bütün hücumçuların indi heç də yaxşı oynamamağı, qol susqunluğu məni narahat etmir. Hətta Messi kimi oyunçular da öz liqalarında bütün oyunları eyni səviyyədə yaxşı keçirmirlər. Elə həmin Kloze “Bavariya” klubunda çox oyun praktikasına malik olmamasına baxmayaraq Cənubi Afrika Respublikası və Azərbaycanla görüşlərdə əla oynadı. Eyni sözləri Podolski haqda da deyə bilərəm. Şübhə etmirəm ki, Moskvada da hücumçularımız bizi darda qoymayacaq. Onların hər biri yüksək ustalıq səviyyəsinə malikdir”.
Qeyd edək ki, almanlarda milli komandamıza qol vuran digər futbolçular yarımmüdafiəçilər – Mihael Ballakla Bastian Şvaynştayger vurub. Bundestimin oyunçuları Bakıda Fərhad Vəliyevin, Hannoverdə Kamran Ağayevin qoruduğu qapıya yol tapıb.

0
0